İngiltərənin daha 2 klubu “Fənərbaxça”nın futbolçusuna “elçi düşdü”
İngiltərənin daha 2 klubu “Fənərbaxça”nın futbolçusu Atilla Salai ilə maraqlanır.
Komanda.az xəbər verir ki, “Nyukasl” və “Vest Hem” macarıstanlı müdafiəçini heyətinə qatmaq niyyətindədir. Bu barədə “Sky Sports” telekanalı məlumat yayıb.
Daha əvvəl adı “Çelsi” ilə hallanan Salainin yanvarda “Fənərbaxça”dan ayrılacağı və İngiltərənin bir klubu ilə müqavilə imzalayacağı gözlənilir.
2021-ci ilin yanvarından “Fənərbaxça”da çıxış edən 23 yaşlı müdafiəçinin “transfermarkt”da dəyəri 15 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin