“Çelsi”nin yoxlama matçına koronavirus əngəli

İngiltərənin “Çelsi” klubunun “Droeda” ilə yoxlama matçı ləğv olunub.

Komanda.az xəbər verir ki, buna səbəb “zadəganlar”ın heyətində bir futbolçuda koronavirus aşkarlanması olub. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Koronavirusa yoluxan futbolçunun adı açıqlanmayıb və o, karantinə alınıb. “Çelsi” ehtiyat məqsədiylə İrlandiya təmsilçisi ilə yoxlama matçını ləğv edib.

“Çelsi” – “Droeda” matçı dünən keçirilməli idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button