Niderland millisinin üzvü ilə yeni müqavilə
İngiltərənin “Brayton” klubu futbolçusu Deyvi Prepperin müqaviləsini yeniləyib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 28 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Niderland milli komandasının da üzvü olan Prepper, 2017-ci ilin yayından “Brayton”da çıxış edir. Yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 22 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin