İngiltərədə azarkeşlərə sevindirici xəbər – bu tarixdən…
İngiltərədə mayın 17-dən stadionlara azarkeşlər buraxılacaq.
Komanda.az xəbər verir ki, bu barədə baş nazir Boris Conson açıqlama verib. O, mayın 17-dən futbol yarışlarına məhdud sayda – 10 minə qədər azarkeşin buraxıla biləcəyini qeyd edib.
İngiltərə Premyer Liqasında son iki – 37 və 38-ci turun oyunlarına azarkeşlər buraxılacaq. Çempionatda hazırda 35 tur oynanılıb və “Mançester Siti” klubu liderdir.
Premyer Liqada mövsümün əvvəlki oyunları koronavirus pandemiyasına görə azarkeşsiz keçirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin