“Tottenhem”də Dele Alli ilə bağlı qərar verildi
İngiltərə yığmasının üzvü Dele Allinin “Tottenhem”dəki gələcəyi məlum olub.
Komanda.az xəbər verir ki, London təmsilçisi 24 yaşlı yarımmüdafiəçini komandadan göndərmək istəmir. Bu barədə “Sky Sports” məlumat yayıb. “Tottenhem”in baş məşqçisi Joze Mourinyo sıx qrafikə görə heyətdə yarana biləcək problemləri nəzərə alaraq, Allini komandada saxlamaq istəyir.
Alli bu mövsüm London klubunda 11 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin