İngiltərə millisinin sabiq üzvü Danimarka klubundan ayrıldı
Futbol üzrə İngiltərə millisinin və “Arsenal”ın sabiq futbolçusu, məşhur yarımmüdafiəçi Cek Uilşir klubsuz qalıb.
Komanda.az xəbər verir ki, o, son komandası Danimarka “Orhus”undan ayrılıb. İngilis oyunçunun başa çatan müqaviləsi yenilənməyib.
Bildirilir ki, 30 yaşlı futbolçu karyerasını bitirərək məşqçilik etməyi planlaşdırır.
Uilşir fevral ayından “Orhus”da oynayırdı. O, 2008-2018-ci illərdə “Arsenal”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin