“İndiyədək bu vəzifənin öhdəsindən gəldiyim üçün xoşbəxtəm” – Fabinyo
İngiltərənin “Liverpul” klubunun futbolçusu Fabinyo açıqlama verib.
Komanda.az xəbər verir ki, braziliyalı futbolçu, “qırmızılar”da çıxış etdiyi mövqeyi və vəziyyəti barədə danışıb:
“Komandadakı ilk mövsümümdə yarımmüdafiəçi kimi çıxış edirdim. Baş məşqçimiz məni müdafiəçi kimi oynamağa hazırlamışdı. Komandadakı zədələr ucbatından bu mövqedə oynamaq sürpriz olmadı. İndiyədək bu vəzifənin öhdəsindən gəldiyim üçün xoşbəxtəm. Baş məşqçi Yurgen Klopp da bu mövqedə oynamaq üçün mənə inam verdi. Komanda yoldaşlarım da mənə çox kömək etdi. Komandamın yaxşı çıxış etməsinə mümkün qədər kömək etmək istəyirəm.
Hansı mövqedə oynamağımdan asılı olmayaraq, komandaya faydalı olmağa çalışıram. Komanda üçün vacib futbolçu olmaq və inkişaf etmək istəyirəm”.
Bizi Facebook-da izləyin