“İndi Çempionlar Liqasını və dünya kubokunu qazanmaq istəyirəm”
“Barselona”nın yarımmüdafiəçisi Pedri İspaniya yığması ilə Avropa çempionatını qazandıqdan sonra nəyə nail olmaq istədiyini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu yeni hədəflərinin dünya çempionatı və Çempionlar Liqası olduğunu deyib:
“Mən artıq “Barselona” ilə La Liqanı və İspaniya yığması ilə Avropa çempionatını qazanmışam. Buna görə də, indi Çempionlar Liqasını və dünya kubokunu qazanmaq istəyirəm”.
21 yaşlı futbolçu Almaniya millisi ilə 1/4 final oyununda (2:1) aldığı zədə səbəbindən həlledici görüşləri buraxmalı olub. İspanlar Pedrisiz Fransa və İngiltərə yığmalarını məğlub edərək, Avropa çempionluğunu qazana biliblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin