“Derbidə uduzmaq ayıbdır” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 10-cu turunda “Mançester Siti”yə məğlubiyyəti (0:3) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandasının irəlilədiyinə və zirvəyə qalxacağına inanır:

“Bu, karyeramın ən məyusedici günlərindən biri idi? Yox. Oyun planını mükəmməl şəkildə həyata keçirdik. Təbii ki, derbidə uduzmaq ayıbdır.

“Mançester Yunayted” irəliləyir? Bu haqda “Mançester Siti” ilə oyundan sonra soruşursuz. Amma əvvəlki üç görüşdə qalib gəldik. İndi biz zirvəyə doğru gedirik… Zirvəyə doğru gedirik və yenidən güclənirik. Biz səbirli olmalıyıq… Futbolçular zədədən qayıdırlar, biz güclənirik”.

Bu matçdan sonra “qırmızı şeytanlar”ın 15 xalı var və Premyer Liqanın turnir cədvəlində 8-ci yerdədirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button