İmran Yusifov Avropa kubokunun qalibi oldu

Çexiyanın paytaxtı Praqada keçirilən gənc cüdoçular arasında Avropa kubokuna yekun vurulub.

Komanda.az xəbər verir ki, yarışın son günü Azərbaycanın və “Qəbələ” İdman Klubunun cüdoçusu İmran Yusifovun zəfəri ilə əlamətdar olub.

Gənc istedad +100 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Praqada keçirdiyi ilk üç görüşdə ukraynalı Yevgeni Belyavski, almaniyalı Yonas Şreyber və almaniyalı Fabian Meyeri ipponla məğlub edərək görüşlərini vaxtından əvvəl bitirən İmran final qarşılaşmasında da gücünü nümayiş etdirib. Xorvatiya təmsilçisi Marsel Şkaletslə görüşü 3-cü dəqiqədə öz xeyrinə yekunlaşdıran Yusifov ardıcıl 4 qələbə qazanmaqla Avropa kubokunun qalibi olub.

Üç il əvvəl Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələrin Avropa kubokunda bürünc medal qazanan cüdoçumuz bu dəfə qızıl mükafata yiyələnərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, yarışda 39 ölkədən 437 cüdoçu mübarizə aparıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button