2021-ci ilin ən yaxşı qapıçısı

Fransanın PSJ klubunun qapıçısı Canluici Donnarumma 2021-ci ilin ən yaxşı qolkiperi elan olunub.

Komanda.az xəbər verir ki, İtaliya millisinin üzvü Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) versiyasına əsasən bu ada yiyələnib.

22 yaşlı qapıçı 170 xalla bütün rəqiblərini geridə qoyub. Almaniya yığmasının və “Bayern”in qolkiperi Manuel Noyer 75 xalla 2-ci, İngiltərənin “Çelsi” komandasının seneqallı qapıçısı Eduard Mendi isə 40 xalla 3-cü olub.

İFFHS daha öncə “Bayern”in hücumçusu Robert Levandovskini ilin futbolçusu elan etmişdi.

  1. Canluici Donnarumma (İtaliya – “Milan”/PSJ) – 170
  2. Manuel Noyer (Almaniya – “Bayern”) – 75
  3. Eduard Mendi (Seneqal – “Çelsi”) – 40
  4. Emiliano Martines (Argentina – “Aston Villa”) – 25
  5. Yan Oblak (Sloveniya – “Atletiko”) – 20
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button