“İkinci yarıda meydanda üstün olan tərəf “Zirə” idi” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Xorvatiyada baş tutan “Osiyek”lə ilk oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 42 yaşlı mütəxəssis 1:1 hesabı ilə başa çatan görüşdən sonra keçirilən mətbuat konfransında bunları deyib:

“İlk hissədə rəqib standart vəziyyətlərdə daha çox təhlükə yaradırdı. Bununla belə, ilk yarıda bizim də fərqlənmək üçün bir neçə şansımız oldu. Müdafiədən çıxarkən top itkisinə yol verdik. Rəqib bu vəziyyətdən maksimum istifadə etdi və istədiyi qolu vurdu. İkinci yarıda meydanda üstün olan tərəf biz idik. Çalışırdıq ki, nəticəni öz xeyrimizə dəyişək. Lakin rəqib səviyyəli komanda olduğu üçün bu çətin idi. Məğlub olsaydıq belə, cütün taleyi Bakıda həll olunacaq. Bizi bir həftə sonra maraqlı oyun gözləyir”.

Bu komandalar arasındakı cavab qarşılaşması avqustun 15-də “Dalğa Arena”da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button