Almaniya kubokunda bütün yarımfinalçılar bəlli oldu

Futbol üzrə Almaniya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Öncə Regional Liqa təmsilçisi “Saarbrüken”lə Bundesliqada mübarizə aparan “Fortuna” qarşılaşıb. Matçın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Əlavə vaxtda da qapılara qol vurulmadığından, penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Saarbrüken” daha bir sensasiyaya imza ataraq, yarımfinala yüksəlib.

Günün digər matçında isə “Bavariya” səfərdə “Şalke”ni minimal hesabla üstələyərək növbəti mərhələyə çıxıb.

Son iki oyunda “Bayer” “Yunion”la, “Ayntraxt” “Verder”lə mübarizə aparıb. Bu oyunlarda isə meydan sahibləri inamlı qələbə ilə yarımfinala yüksəliblər.

Almaniya kuboku, 1/4 final

3 mart

Saarbrüken – Fortuna 1:1 (penaltilər 7:6)
Qol
: Yanik, 31 – Yorgensen, 90.

Şalke – Bavariya 0:1
Qol
: Kimmix, 40.

4 mart

Bayer – Yunion 3:1
Qol
: Bellarabi, 72. Aranquiz, 86. Diabi, 90+1 – İnqvartsen, 39.

Ayntraxt – Verder 2:0
Qol
: A.Silva, 45+6-pen. Kamada, 60.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button