İkardinin “Yuventus” sevgisi
“İnter”in yeni baş məşqçisi Antonio Kontenin gələcək planlarında yer almayan və klubdakı gələcəyi müzakirə olunan Mauro İkardi karyerası ilə bağlı yeni qərar verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu, “Yuventus”dan başqa heç bir kluba transfer olunmaq istəmir. Turin təmsilçisinin maraq dairəsində olduğu deyilən futbolçu, “qoca sinyora”dan rəsmi təklif gəlməyəcəyi halda, “İnter”dən ayrılmayacaq. “İnter” futbolçunun transferindən azı 50 milyon avro qazanmağı hədəfləyir.
26 yaşlı futbolçu “Yuventus”la yanaşı, “Napoli”nin də transfer hədəfindədir.
“İnter”lə 2021-ci ilədək müqaviləsi olan İkardi, son mövsümdə iştirak etdiyi 37 oyunda 17 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2013-cü ildən “İnter”in şərəfini qoruyur.
Bizi Facebook-da izləyin