2-ci Liqa klublarının da cəzaları açıqlandı

İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda 2-ci Liqanın 14-cü turu ilə bağlı bu qərarlar çıxarılıb:

“Göygöl” – “Cəbrayıl” oyununun 74-cü dəqiqəsində “Cəbrayıl” klubunun 26 nömrəli futbolçusu Elvin Dəmirov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Cəbrayıl” klubu 300 manat cərimə edilib.

“Göygöl” – “Cəbrayıl” oyununda xərəkdaşıyan uşaqlar olmadığına görə “Göygöl” klubu 80 manat cərimə edilib.

“Kürmük Qax” – “Şahdağ Qusar” oyununda “Kürmük Qax” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Kürmük Qax” klubu 70 manat cərimə edilib.

“Kürmük Qax” – “Şahdağ Qusar” oyununda təhlükəsizliyin təmin edilməsi düzgün təşkil edilmədiyinə görə “Kürmük Qax” klubu 200 manat cərimə edilib.

“Şəmkir” – “Qusar” oyununda xərəkdaşıyan uşaqlar olmadığına görə “Şəmkir” klubu 80 manat cərimə edilib.

“Şəmkir” – “Qusar” oyununda “Qusar” klubunun 13 nömrəli futbolçusu Viqar Əlibabayevin formasının şortunda fərqli nömrə (3) olduğuna görə “Qusar” klubu 100 manat cərimə edilib.

“Baku Sportinq” – “Ağdaş” oyununun 57-ci dəqiqəsində “Ağdaş” klubunun 90 nömrəli futbolçusu Nicat Baxşiyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Ağdaş” klubu 300 manat cərimə edilib.

“Lerik” – “Dinamo” oyununda “Dinamo” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” klubu 70 manat cərimə edilib.

“Lerik” – “Dinamo” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Lerik” klubu 80 manat cərimə edilib.

“Sheki City” – “Şəfa” oyununda “Şəfa” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Şəfa” klubu 70 manat cərimə edilib.

“Sheki City” – “Şəfa” oyununun 74-cü dəqiqəsində “Şəfa” klubunun 77 nömrəli futbolçusu Sahib Cümşüdov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Şəfa” klubu 50 manat cərimə edilib.

“Sheki City” – “Şəfa” oyunu bitdikdən sonra “Şəfa” klubunun 7 nömrəli futbolçusu Asim Quliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Şəfa” klubu 50 manat cərimə edilib.

“Sheki City” – “Şəfa” oyununda “Sheki City” klubu matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button