Elşən Məmmədov idman kompleksinin direktoru təyin olundu – Rəsmi

Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub. 

Komanda.az xəbər verir ki, bu vəzifə gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə idman jurnalisti Elşən Məmmədova həvalə olunub. O, yeni iş yerində Məcid Məcidovu əvəzləyib. 

Elşən Məmmədov 23 ilədək idman mətbuatında – “Şərq” və “Futbol+” qəzetləri, “APA Sport”, “Lent.az” və “Report” agentliklərində müxbir və idman şöbəsinin redaktoru kimi çalışıb. 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına, 2016-cı ildə isə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb. O, həmçinin 2011-ci ildə Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə AFFA və Mətbuat Şurasının təltif etdiyi 33 idman jurnalisti arasında yer alıb, müxtəlif federasiyaların mükafatlarını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button