“Real”da Ançelottinin qovulmasını istəyənlər var!

“Real” rəhbərliyinin bəzi üzvləri komandanın baş məşqçisi Karlo Ançelottinin istefaya göndərilməsinin tərəfdarıdır.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, Madrid klubunun direktorlar şurasının bir hissəsi italiyalı mütəxəssisin rəhbərliyi altında “Real”ın son nəticələrindən və xüsusən də, İspaniya çempionatının 11-ci turunda “Barselona”ya məğlubiyyətdən (0:4) narazıdır. Bu məğlubiyyət onların bu fikrini gücləndirib.

İddia olunur ki, Ançelotti hələ də klub prezidenti Florentino Peresdən dəstək alır. Direktorlar şurasının bəzi üzvləri hesab edirlər ki, baş məşqçi klubun gənc futbolçuları ilə yaxşı işləmir, xüsusən də, 19 yaşlı türkiyəli yarımmüdafiəçi Arda Güləri meydana buraxmır.

Arda Gülər 2023-cü ildə 20 milyon avroya alınıb, lakin o vaxtdan bəri komandada cəmi 23 oyun keçirib və 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button