İbrahimoviç “Milan”a qayıdıb
“Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviç “İbra” İdman, Media və Əyləncə investisiya portfelində əməliyyat partnyoru təyin edilib.
Komanda.az xəbər verir ki, 42 yaşlı İbrahimoviç bu vəzifədə, eyni zamanda “Milan”ın Sahibkarlıq və Yüksək İdarəetmə üzrə baş məsləhətçisi kimi fəaliyyət göstərəcək.
İbrahimoviç 1999-cu ildə başlayan peşəkar karyerası ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, PSJ, “Mançester Yunayted”, “Los Anceles Qalaksi” və “Milan”da çıxış edib. O, bu müddət ərzində 819 oyun keçirib, 493 qol vurub və 201 məhsuldar ötürmə edib. İbrahimoviç bu yay karyerasını başa vurduğunu açıqlamışdı.
“Milan” bu mövsüm İtaliya çempionatının 15 turundan sonra 29 xal toplayaraq, turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin