“Hər iki matçda qələbə qazanmalıyıq” – “Araz-Naxçıvan”ın yeni transferi

“Bir neçə gündür Bakıdayam, heyrətamiz şəhəriniz var. Burada olmaqdan xoşbəxtəm”.

Komanda.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın yeni transferi Karlos Jatoba klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Braziliyalı futbolçu “qırmızı-ağlar”ı seçmə səbəbini izah edib:

“İstənilən oyunçu yeni çağırışlara hər zaman hazır olmalıdır. Təklif alanda qısa araşdırma apardım, komanda maraq yaratdı. Planlarla tanış oldum, klubun böyümək istiqamətində çalışdığını gördüm. İddialı olmasını bəyəndim”.

İlkin təəssüratlarını da bölüşən yarımmüdafiəçi uğur qazanmaq üçün birlikdə olmağın önəmini vurğulayıb:

“Yaxşı məşqçilər korpusu və futbolçu heyətimiz var. Bir olsaq, bir-birimiz üçün meydanda “döyüşsək”, mübarizə aparsaq, sığortalaya bilsək, yaxşı nəticələr qazanacağıq”.

Jatoba Azərbaycan çempionatı haqda da danışıb:

“Son mövsümün gərgin keçdiyini bilirəm. Premyer Liqada oyun sayı çoxdur. Buna görə də yaxşı hazırlaşmalıyıq. Bunun öhdəsindən gələ biləcək fiziki hazırlıq məşqçimiz var. Onun tapşırıqlarını icra etməklə fiziki planda yaxşı hazırlaşa biləcəyimizi düşünürəm. Çempionatın ilk iki turu isə çox önəmlidir. Rəqibin kimliyindən asılı olmayaraq hər iki matçda qələbə qazanmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button