“Həmin an penalti təyin olunmalı idi” – Qurban Qurbanov

“Futbolçulara və azarkeşlərimizə təşəkkür edirəm. Bu mövsüm avrokuboklarda yaxşı oyunlar keçirdik”.

Komanda.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniya “Frayburq”u ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı tur oyunundan sonra deyib.

50 yaşlı mütəxəssis hakim qərarlarına da toxunub:

“Sayılmayan qol epizodunda əsəbiləşdim. Həmin an penalti təyin olunmalı idi”. (“CBC Sport”)

Avropa Liqasında mübarizəni dayandıran “Qarabağ” yoluna Konfrans Liqasının pley-offunda davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button