Sarri bezib

İtaliya A Seriyasının 27-ci turunda “Bolonya”ya 2:0 hesabı ilə qalib gələn “Yuventus”un baş məşqçisi Mauritsio Sarri açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, oyunla bağlı fikirlərini bölüşən 61 yaşlı mütəxəssis, tənqidlər barədə də danışıb:

“Bu oyunda fiziki baxımdan daha yaxşı vəziyyətdə idik. 70 dəqiqə təzyiq etdik və oyun ritmini saxlaya bildik. Oyunun sonlarına yaxın enerjimiz tükəndi. Komandanı ən yaxşısını edə biləcək səviyyəyə gətirməliyik.

Futbolda müxtəlif fikirlər və reallıqlar var. Deyilən fikirləri dinləsəydiz, komandanın parçalandığını düşünərdiz. Amma reallıq budur ki, turnir cədvəlində liderlik edirik. Həddindən artıq edilən bu tənqidlərdən bezmişəm, amma bu, daha yaxşı vəziyyətə gəlmək üçün motivasiya ola bilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button