“Hypers Quba” 3 xalı 8 qolla qazandı

2-ci Liqada 5-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 3 oyun baş tutub.

“Ağdaş” – “Lerik” matçında qapılara qol vurulmayıb. “Hypers Quba” “Füzuli” ilə ev oyununda darmadağına imza atıb. Üç qolun qeydə alındığı “Göygöl” – “Şəki Siti” matçında da meydan sahibləri qələbə qazanıblar.

2-ci Liqa
5-ci tur

2 oktyabr

“Ağdaş” – “Lerik” 0:0
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Samir Hüseynov.

“Hypers Quba” – “Füzuli” 8:1
Qollar
: İlqar Ələkbərov, 1. Nurlan Novruzov, 4; 35. Elşən Veysov, 7; 56. Cavid İmamverdiyev, 8; 39. Baxşəli Baxşəliyev, 41 – Mübariz Hüseynzadə, 47.
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Emin Abdullayev.

“Göygöl” – “Şəki Siti” 2:1
Qollar
: Elcan Rəhimov, 29. Ülvi Cəlilov, 35 – Elçin Ramazanov, 18.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.

Turun digər oyunları:
“Qusar” – “Şimal” 0:3
“Dinamo” – “Kür-Araz” 0:2
“Şahdağ Qusar” – “Şəmkir” 5:0
“Şəfa” – “Saatlı-Araz” 3:1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button