Hücumçu almaq fikrindən daşınıb – İspaniya nəhəngi
“Real” yay transfer pəncərəsində hücumçu almaq fikrindən imtina edib.
Komanda.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb. Mənbənin sözlərinə görə, hücumçular Luka Yoviç və Mariano Diaz “kral klubu”nu tərk edəcəyi təqdirdə, onların yerini icarədən qayıdacaq Borxa Mayoral tutacaq. “Real”da digər hücumçular Kərim Benzema, Vinisius Junior, Rodriqo və Marko Asensiodur.
“Real” Çempionlar Liqasında 2021/2022 mövsümünün qalibi olub.
Daha əvvəl “Real”ın növbəti mövsüm üçün transfer büdcəsinin 400 milyon avronu keçəcəyi bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin