Sneyder saxlanıldı

Hollandiya millisinin sabiq üzvü Uesli Sneyder saxlanılıb.

Komanda.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi başqasının avtomobilinə zərər vurmaqda ittiham olunur. Hollandiyanın Utrext şəhərinin polisi tərəfindən nəzarətə alınan Sneyder, təzminat ödəyərək, sərbəst buraxılıb.

Karyerası ərzində “Real”, “İnter”, “Qalatasaray” kimi klublarda çıxış edən Sneyder, hazırda Qətərin “Əl Qarafa” klubunda forma geyinir. Onun Qətər klubu ilə müqaviləsi iyunun 30-na qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button