“Hiss olunur ki, “Linfild” olduqca istəklidi” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Şimali İrlandiyanın “Linfild” klubuna qarşı keçirəcəkləri ilk oyunla bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün Belfastda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Açıqlamalardan hiss olunur ki, “Linfild” olduqca istəklidi. Rəqibin oyununa baxmışıq, analiz etmişik. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Sabah meydanda ən yaxşısını və düzgün olanı etməyə çalışacağıq. Rahil Məmmədovla Riçard Almeyda cəzalı durumda olduğu üçün bəllidi ki, oyunu buraxacaqlar. Bədavi Hüseynov isə bir müddətdi ki, zədəlidi. Aylton Silva və Maksim Medvedev son məşqlərdə problem yaşadı və onlarla bağlı konkret qərar son anda veriləcək. Onların müayinəsindən və həkimlərin məsləhətindən sonra son duruma aydınlıq gələcək”.
Bizi Facebook-da izləyin