Het-trik etdi, tarixə düşdü
PSJ Fransa Liqa 1-in 33-cü turunda “Monako”nu 3:1 hesabıyla məğlub edib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, sözügedən qarşılaşmada het-trik edən Paris təmsilçisinin hücumçusu Kilian Mbappe Liqa 1 tarixinə düşüb. Belə ki, 20 yaşlı futbolçu cari mövsümdə 30 qol vuraraq, Fransa çempionatlarında bu sayda qol vura bilən ən gənc futbolçu ünvanını qazanıb. Bundan əvvəlki rekord isə sabiq fransız futbolçu Herve Revelliyə aid idi.
Mbappe həm də, Fransa Liqa 1-də bir mövsümdə 30 qol vurmağı bacaran ikinci fransız hücumçu olub. Mbappedən əvvəl Jan-Pyer Papen 1989/90 mövsümündə, “Marsel” formasıyla 30 qol vurmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin