“Açığı, heç bir planımız yoxdur” – La Liqanın rəhbəri
İspaniya La Liqasının rəhbəri Xavyer Tebas koronavirus pandemiyası səbəbiylə dayandırılan çempionatla bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, yarış rəhbəri, çempionatın bərpa olunacağı tarixlə bağlı danışıb:
“Hazırda hansısa tarix təxmin etmək çətindir. Açığı, heç bir planımız yoxdur. Amma avrokubok oyunlarının və ölkə çempionatlarının may ayının ortasına qədər yenidən başladılması lazımdır. Təkcə İspaniya çempionatını bərpa etmək mümkün deyil, hamımız birlikdə başlamalıyıq. Hər şey pandemiyanın bundan sonrakı təsirindən asılı olacaq. Çempionatlar daha tez başlaya bilər, amma bizim nəzərdə tutduğumuz may ayının ortalarıdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin