“Məni təəccübləndirən Azərbaycan çempionatındakı oyun səviyyəsi idi” – Beqoviç
Hazırda İngiltərənin “Bornmut” klubunda çıxış edən Asmir Beqoviç açıqlama verib.
Komanda.az xəbər verir ki, “Daily Echo” nəşrinə danışan 34 yaşlı qapıçı, “Qarabağ”da çıxış etdiyi vaxtlardan da danışıb:
“Dürüst olmaq lazımdırsa, futbolçu karyeramın ən yaxşı təcrübələrindən biri idi. Azərbaycanda möhtəşəm üç ay keçirdim. Risk aldım, fərqli bir şey etmək istədim. İtirəcək nəyimsə yox idi. “Qarabağ” Avropa futbolu oynayırdı. Avropa Liqasında yüksək səviyyəli oyunlar keçirdik.
Azərbaycan çempionatı haqda çox şey öyrənməyə çalışdım. Məni təəccübləndirən Azərbaycan çempionatındakı oyun səviyyəsi idi.
Əsas rəqibimiz “Neftçi”yə qarşı möhtəşəm oyunlar keçirdik. Komandadan çempion olaraq ayrıldım, kubokun da yarımfinalına yüksəldik. Bunu yaşamaq çox yaxşıdır.
Avropa Liqasında oynamaq möhtəşəm idi. Bakıda İspaniyanın “Sevilya” və Kiprin APOEL komandalarına qarşı dolu tribunlar önündə çıxış etdik. Təxminən 30 min azarkeş var idi. Həqiqətən möhtəşəm idi”.
Beqoviç 2019-cu ilin sentyabrından dekabrına qədər icarə əsasında “Qarabağ”da çıxış edib.
Bizi Facebook-da izləyin