“Hazırda “Bavariya” ilə danışıqlar aparmıram”

Almaniyanın “Bavariya” klubunun qapıçısı Manuel Noyer komandadakı gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı qolkiper, Münhen təmsilçisi ilə yeni müqavilə imzalanmasının mümkünlüyü haqqında danışıb:

“Bavariya”da oynamağa davam etməyi planlaşdırıram. Yeni transfer Aleksandr Nubel bu yay “Bavariya”ya qoşulacaq. Müqaviləm 2021-ci ilədək nəzərdə tutulub. Buna görə də, rəhbərliklə danışmaq üçün kifayət qədər vaxtım olacaq. Hazırda “Bavariya” ilə danışıqlar aparmıram. Açıqlayacağımız hansısa məsələ yoxdur. Titul qazanmağa yönəlmişik, komandamızın əsas hədəfi budur”.

Almaniyalı qapıçı 2011-ci ildən “Bavariya”nın şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button