“İndi ən çox bunun üçün çalışıram” – Haland
Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Erlinq Haland komandadakı vəziyyəti ilə bağlı açıqlama verib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu, Dortmund klubundakı hədəflərindən danışıb:
“Hazırda ən böyük xəyalım “Borussiya”da uğur qazanmaqdır. İndi ən çox bunun üçün çalışıram. Bu kluba və azarkeşlərə belə sevinc yaşatmaq istəyirəm, çünki burdakı hər kəs buna layiqdir. Klub məni böyük məbləğ qarşılığında transfer edib. Buna görə də, azarkeşlərin məndən yüz faizlik performans gözləmələri normaldır. “Borussiya” hazırda yaşadığım ən böyük xəyalımdır”.
Cari mövsümdə Bundesliqada 8 oyunda iştirak edən Haland, 10 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin