Keyndən millidə yeni rekord
“Bayern”in hücumçusu Harri Keyn yeni rekorda imza atıb.
Komanda.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ingilis forvard bunu AÇ-2024-ün seçmə mərhələsində İtaliyaya qarşı ev matçında (3:1) dubl etməklə bacarıb. 30 yaşlı hücumçu İngiltərə yığması ilə ev oyunlarında vurduğu qolların sayını 24-ə çatdırıb. Bu da İngiltərə millisi üçün yeni rekord deməkdir.
Daha əvvəl “Uembli”də vurulan qolların sayına görə rekord “Mançester Yunayted”in sabiq futbolçusu Bobbi Çarltona məxsus idi – 23 qol.
“Tottenhem”in yetirməsi olan Harri Keyn ötən yay Münhen klubuna keçib. O, Bundesliqada 7 matçda 8 qol vurub və 4 qolun ötürməsini verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin