Hamımızın üz tutduğu ünvanın adını daşıyacaq – Premyer Liqa klubunun stadionu

“Tottenhem” klubunun rəhbərliyi “Google”-un nümayəndələri ilə ev oyunlarını keçirdiyi stadiona şirkətin adının verilməsiylə bağlı danışıqlar aparır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tottenhem”in prezidenti Daniel Levi “Google” ilə “doğru pula doğru marka” adı altında müqavilə bağlamaqda maraqlı olduqlarını bildirib.

Hazırda müqavilə hələ imzalanmayıb. Lakin “The Athletic”-in məlumatına görə, “Google” ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub.

“Tottenhem Hotspur Stadium”da təkcə futbol matçları deyil, həm də konsertlər, boks yarışları və Amerika futbolu oyunları keçirmək imkanı var.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button