“Hamımız onun aldığı zədədən şoka düşmüşük” – Zidan
“Real”ın baş məşqçisi Zinəddin Zidan heyətdəki zədəlilərlə bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Brahim Dias və Marko Asensionun zədələnməsindən sonra Ferlan Mendinin də sıradan çıxması haqqında danışan fransalı mütəxəssis, bunları deyib:
“Bu zədələr məni narahat edir. Əvvəlcə Dias və Marko, indi də Ferlan zədələndi. Onun konkret hansı müddətə sıradan çıxdığını bilmirik. Mendinin tez sağalması üçün çalışırıq.
Yeni mövsümə komandada olan futbolçularla hazırlaşmağa davam edəcəyik. Marko Asensionu komandada kimin əvəzləyəcəyi haqqında düşünməmişəm. Hamımız onun aldığı zədədən şoka düşmüşük”.
Asensionun 8-9 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin