“Hamımız azarkeşlərin qəzəbinə layiqik, təkcə Messi və Neymar yox”
PSJ-nin baş məşqçisi Maurisio Poçettino “Bordo” ilə oyunda (3:0) öz azarkeşləri tərəfindən fitə basılan Lionel Messi və Neymar haqda açıqlama verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, argentinalı məşqçi futbolçuları müdafiə edib:
“Bu, ədalətli deyil. Biz hamımız azarkeşlərin qəzəbinə layiqik, təkcə Messi və Neymar yox.
Biz bir komandayıq və onlar planetin ən yaxşı iki futbolçusudur. Ona görə də, onlara hörmət edilməlidir. Messi və Neymar komandaya xidmət edir. Komanda uduzar da, qalib də gələr”.
PSJ ötən həftə Çempionlar Liqasının 1/8 final matçında “Real”a uduzaraq, mübarizəni dayandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin