Haland “Yuventus”a keçmək istəyir? – açıqladı
Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Erlinq Haland gələcəyi ilə bağlı iddialara cavab verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı norveçli futbolçu, “Yuventus”a keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib:
“Bu barədə hər kəs danışır, amma mən “Yuventus”a keçəcəyimi deməmişəm. Sadəcə bir ildir “Borussiya”dayam və burda xoşbəxtəm”.
Halandın “Yuventus”a keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin