İlk açıqlamasını verdi – “Mançester Siti”nin futbolçusu kimi

“Mançester Siti” norveçli hücumçu Erlinq Halandı heyətinə qatıb. 

Komanda.az xəbər verir ki, Haland klubun saytına “Mançester Siti”yə keçidi haqda açıqlama verib. O, həmişə bu komandanı izlədiyini deyib:

“Mən həmişə “Mançester Siti”ni izləmişəm. Son mövsümlərdə də onları izləməyi xoşlayırdım. “Mançester Siti”nin oyun tərzinə heyran olmamaq mümkün deyil. Onlar çoxlu qol şansı yaradırlar, bu, mənim kimi oyunçu üçün mükəmməldir”.

21 yaşlı futbolçu 5 illik müqavilə imzaladıqdan sonra iyulun 1-də kluba qoşulacaq. Onun MS ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Haland 2020-ci ilin yanvarından “Borussiya”da çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button