Haland cəzalandırılacaq?

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland “Arsenal”ın müdafiəçisi Qabriel Maqalesin əlindən topu alıb atdığına görə cəzalandırılmayacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən İngiltərə Premyer Liqasında keçirilən “Mançester Siti” – “Arsenal” oyununda “şəhərlilər” 98-ci dəqiqədə hesabı bərabərləşdirərkən, Haland topu braziliyalı futbolçunun əlindən alaraq, kəskin atışla birbaşa arxaya göndərib. Hakim bu epizoda məhəl qoymayaraq, onu cəzalandırmayıb.

“Mançester Siti” – “Arsenal” matçı 2:2 hesabı ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button