“Hakimlik yenə çox zəif idi” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 19-cu turunda “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçı belə şərh edib:

“Oyunun çətin olacağını əvvəlcədən bilirdik. Hava şəraiti də ağır idi. Matça çox yaxşı başladıq. Oyuna nəzarət bizdə idi. Qırmızı vərəqə bütün planları alt-üst etdi. Sistemi dəyişdik. Qırmızı vərəqədən sonra 10 dəqiqə rəqibin üstünlüyü oldu. Çalışdıq düzgün mübarizə aparaq. İkinci hissədə topa nəzarət rəqibdə idi. Bir sürətli hücumla qol vurdular. Üzücü məğlubiyyətlə üzləşdik. Hələ oyunlar qabaqdadır. Növbəti matçlara hazırlaşmalıyıq. Hakimlik yenə çox zəif idi. Matçın 50-ci dəqiqəsində Vüsal Məsimova qırmızı vərəqə verilməli idi. Niyə VAR-a çağırmadılar? Barış Şimşeklə müzakirə etməyə hazıram. Bizimki də eyni epizod idi. VAR təəssüf ki, baş hakimi çağırmadı. Faiq Hacıyevin epizodu daha yüngül idi. Bəs Vüsal Məsimova niyə qırmızı vərəqə verilmir? Daha möhkəm olmalıyıq. Hakimlərə də qalib gəlmək lazımdır.

Çox güman ki, Martin Petkovla yollarımızı ayıracağıq. Onun özünə və bizə aid səbəblər var. Martin perspektivli oyunçudur. Yaxşı başlamışdı. Amma sonra problemlər ona imkan vermədi. Yaxın günlərdə qərar olacaq.

“Neftçi”dən icarəyə götürdüyünüz futbolçuların hər ikisinin potensialı var. “Neftçi”də az şans qazanırdılar. Bizdə daha çox oynayacaqlar. Özlərindən də çox şey asılıdır. Bu gün əllərindən gələni etdilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button