“Hakimlərin basketbolçumuzu oyundan çıxarması bizə motivasiya verdi”

“Hakimlərin basketbolçumuzu oyundan çıxarması bizə motivasiya verdi”.

Komanda.az xəbər verir ki, bunu “Şəki”nin baş məşqçisi Bedri Meriç “Ordu”ya qarşı Azərbaycan Basketbol Liqasının 7-ci turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis qələbə qazandıqları üçün sevincli olduqlarını bildirib:

Bu komanda ilə ilk matçdakı çatışmazlıqlarımız üzərində yaxşı hazırlaşmışdıq. Əvvəlki görüşdə 20 xal fərqlə uduzmuşduq. Bu gün isə xüsusən müdafiəyə çox diqqət ayırdıq və uğurlu olduq. Komandanın kapitanı Aleks Koldvell bizim üçün çox vacib oyunçudur. Hakimlər tərəfindən onun oyundan çıxarılması bir az haqsızlıq idi. Açığı, bu məqam bizə motivasiya verdi. Bundan sonra komanda daha əzmkar oynadı, əlindən gələni artıqlaması ilə etdi. Ehtiyatdakı bütün oyunçularımız hazır vəziyyətdə olmalıdır. Ehtiyat heyət şansımız çox yüksək deyil. Ona görə də ehtiyacımız olacağı halda, bir gün başqa oyunçumuz ulduza çevrilə bilər”.

Qeyd edək ki, “Ordu” – “Şəki” qarşılaşması ikincilərin 80:74 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button