Hakimi təhqir edən futbolçuya 5 oyunluq cəza verildi

İspaniya Kral Futbol Federasiyasının Nizam-İntizam Komitəsi “Atletiko”nun hücumçusu Anxel Korreanı 5 oyunluq cəzalandırıb.

Komanda.az xəbər verir ki, argentinalı futbolçu La Liqanın 27-ci turunun “Xetafe” ilə oyununda (1:2) 88-ci dəqiqədə kobud oyuna görə qırmızı vərəqə alıb. Korrea meydandan qovulduqdan sonra hakim Kuadra Fernandesi təhqir edib.

Korrea hakimi təhqir etdiyinə görə dörd və meydandan qovulduğuna görə əlavə olaraq bir oyunluq cəza alıb.

Futbolçunun cəzası La Liqa və kubok oyunlarına şamil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button