Hacıyev qran-pridə “bürünc” qazandı

Azərbaycan cüdoçusu Elcan Hacıyev Portuqaliyanın Odivelaş şəhərində keçirilən qran-pridə uğurlu çıxış edib.

Komanda.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı üçüncü yer uğrunda görüşdə israilli Quy Qurevitçə qalib gələrək bürünc medal əldə edib.

Eyni çəkidəki Vüqar Talıbov və Uşanqi Kokauri (+100 kq) mükafat qazana bilməyiblər.

Daha əvvəl Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq), Səid Mollayi (81 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal əldə ediblər. Azərbaycan turnirdə 16 idmançı ilə təmsil olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button