Həsənəliyev üçün mövsüm bitdi

Region Liqasında çıxış edən “FC Baku”da forma geyinən Elvin Həsənəliyev mövsümü başa vurub.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, bir müddətdir belindəki zədə səbəbindən komanda ilə birgə kollektiv məşqlərdən kənarda qalan 25 yaşlı yarımmüdafiəçi tezliklə cərrahiyyə əməliyyatı keçirəcək. Həsənəliyevin əməliyyatdan sonrakı bərpa olunma müddəti 4-6 ay çəkəcək.

Həsənəliyev əvvəllər Premyer Liqa və 1-ci divizion klublarında forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button