“Hər şey üçün təşəkkürlər, Serxio!” – FOTO

“Barselona”nın müdafiəçisi Jordi Alba sosial şəbəkə hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, o, cari mövsümün sonunda klubla yollarını ayıracaq Serxio Busketsə hər şeyin ən yaxşısını arzulayıb və onu sevdiyini bildirib:

“Dostum, birlikdə yaşadığımız bu qədər gözəl anlardan sonra sənə daha nə deyə bilərəm ki? “Barselona”nın tarixində silinməz iz qoyaraq, evini tərk edirsən.

700-dən çox oyuna çıxdın, qazandığımız titulların əksəriyyətində sənin də əməyin var. Həmin günləri həmişə xatırlayacağıq.

Səninlə eyni komandada oynadığım üçün özümü şanslı hesab edirəm. Həm də, ona görə çox şanslıyam ki, səninlə dostluq münasibətim var.

Səni çox sevir və hər şeyin ən yaxşısını arzulayıram! Hər şey üçün təşəkkürlər, Serxio!”

“Barselona” klubu artıq mövsümün sonunda Busketslə yollarını ayıracağını açıqlayıb. Kataloniya təmsilçisi bu barədə rəsmi “tvitter” hesabında paylaşım edib.

2008-ci ildən əsas komandada çıxış edən Buskets 721 matçda iştirak edib, 18 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button