“Hər iki oyunun nəticəsi sanki acı dad verdi”

“Betis” klubunun baş məşqçisi Manuel Pelleqrini UEFA Avropa Liqasının 1/8 finalının “Mançester Yunayted”lə cavab qarşılaşmasını (0:1) dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, cütün ilk qarşılaşmasından söz açıb:

“Hər iki oyunun nəticəsi sanki acı dad verdi. Çünki Mançesterdə keçirilən matçda beş dəqiqə ərzində hər şey bizim üçün dəyişmişdi. Həmin qarşılaşmada 2:1 hesabı ilə öndə ola bilərdik. Lakin bir neçə dəqiqədən sonra hesabda geri düşdük və nəticədə, 1:4 hesabı ilə məğlub olduq”.

İki oyunun nəticəsinə əsasən, İspaniya klubu “qırmızı şeytanlar”a 1:5 hesabı ilə uduzub və turnirlə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button