“Həmin oyun yaddaşımdan silinməyəcək” – Qurban Qurbanov
“Hamının uşaqlıq arzusu “Neftçi”nin əsas komandasına düşmək idi. Sonda mən də buna nail olmuşdum”.
Komanda.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.
50 yaşlı mütəxəssis gənc yaşlarında milli komandada çıxış etmək üçün çalışdığını deyib:
“Belə kiçik uğurlar böyük nailiyyətin təməlini qoyur. Bunları əldə edəndə başa düşürdüm ki, daha yaxşılarını bacara bilərəm. Həm futbolçu, həm də məşqçi karyeramda maraqlı anlar olub. Futbolçu olduğum dönəmdə Serbiya və Çernoqoriya ilə matçı da qeyd edə bilərəm. Baş məşqçilik karyeramda Norveçin “Rusenborq” komandası ilə görüş də unudulmazdır. Səfərdə bərabərə qalmışdıq, cavab matçı isə Ağdamın işğal gününə təsadüf edirdi. Elə gün idi ki, bəlkə, həyatımı verməyə hazır idim. Həmin oyun yaddaşımdan silinməyəcək. İnsanların bu qədər sevindiyini görməmişdim. Bu qarşılaşmanı karyeramın ən böyük uğuru hesab edirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin