“Hədəfimiz hər 2 yarışda uğurlu çıxış etməkdir” – Millinin baş məşqçisi

Qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Eldar Yusubov komandanın Bakıdakı təlim-məşq toplanışını dəyərləndirib.

Komanda.az xəbər verir ki, o, qurumun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“İslam Həmrəyliyi Oyunları və Avropa çempionatının təsnifat mərhələsində uğurlu iştirak üçün iyundan təlim-məşq toplanışına başlamışıq. Bu yarışlara hazırlıq üçün iki aylıq planımız var. Artıq 17 gündür ki, məşqlərimiz Bakıda davam edir. Bəzi oyunçularımız bu ayın sonunda bizə qoşulacaqlar. Plana uyğun olaraq iyunun 25-dən iyulun 5-nə kimi Mingəçevirdə təlim-məşq toplanışı keçəcəyik. Bu hazırlıqdan sonra yoxlama oyunlarında gücümüzü yoxlamaq istəyirik.

Hədəfimiz hər 2 yarışda uğurlu çıxış etməkdir. İstəyirik ki, İslamiadadan vətənə medalla qayıdaq. Ardınca isə AÇ-2023-yə vəsiqə əldə etməyi qarşımıza məqsəd qoymuşuq. İnanıram ki, bunları bacaracağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button