“Hərdən “Qarabağ”ın Avropa Liqasındakı oyunlarına baxmalı oluram”

Moskvanın ÇSKA klubunun kapitanı və Rusiya millisinin sabiq qapıçısı İqor Akinfeyev “Qarabağ”ın Avropa Liqasının əsas mərhələsinin oyunları ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, Rusiya mətbuatına danışan qolkiper “köhlən atlar”ın rəqiblərinə qarşı layiqli oynadığını deyib:

“Avropa futboluna baxıram. Xüsusən də, avrokubok oyunlarına. ÇSKA-nın qapıçılar üzrə məşqçisi Dmitri Sergeyeviç Kramarenko “Qarabağ”a azarkeşlik edir. Ona görə də, hərdən onların Avropa Liqasındakı oyunlarına baxmalı oluram. Bu mövsüm “Qarabağ” Avropa Liqasında bütün rəqiblərlə bərabər səviyyədə oyun oynayır. Doğrudur, məğlubiyyətləri var. Bu isə səviyyə ilə bağlı sualdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button