“Qarabağ”la qarşılaşmaq necə olardı?” – “Atalanta” rəsmisi
“Atalanta”nın icraçı direktoru Luka Perkassi komandanın Avropa Liqasının 1/8 final mərhələsindəki potensial rəqiblərindən danışıb.
Komanda.az xəbər verir ki, bu potensial rəqiblər arasında “Qarabağ” da var. Perkassi “Corriere Bergamo”-ya açıqlamasında Ağdam təmsilçisi ilə qarşılaşma ehtimalına da toxunub:
“Bacarsaydım, artıq qarşılaşdığımız komandalardan qaçardım. Yeni rəqiblə qarşılaşmağımızı istərdim. Məsələn, “Sparta”. Uzaq Azərbaycanda “Qarabağ”la qarşılaşmaq necə olardı? Hər yeni rəqib bizim üçün yaxşıdır”.
“Atalanta” Avropa Liqasında 1/8 final mərhələsində pley-offun qaliblərindən biri ilə qarşılaşacaq. “Qarabağ” isə pley-off-da “Braqa” ilə üz-üzə gələcək. İlk görüş fevralın 15-də səfərdə, cavab oyunu isə fevralın 22-də Bakıda keçiriləcək.
Bizi Facebook-da izləyin