“Hər il belə dəyər veriləndə daha da həvəslənirəm” – Qurban Qurbanov
Azərbaycanda ilin məşqçisinin adına aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, jurnalistlər arasında keçirdiyi sorğuda bu ada “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov layiq görülüb.
Bununla bağlı ETOPAZ-ın baş sponsorluğu ilə tədbir keçirilib. Tədbirdə futbol ictimaiyyətinin nümayəndələri, jurnalistlər və qonaqlar iştirak ediblər. “Qarabağ”ın çalışdırıcısı 66 jurnalist arasında təşkil edilmiş səsvermədə 56 səs toplayıb.
Belə dəyər veriləndə daha da həvəsləndiyini, daha da məsuliyyətli olduğunu bildirən Qurbanov çıxış zamanı mükafatlandırılması barədə bunları deyib:
“Son günlər şükürlər olsun Allaha, daha çox görüşdük. Yaxşı qələbələrimiz çox oldu. Bu il qarşımızda olan məqsəd üç turnirdə keyfiyyətli işitrak etmək idi. Avropa Liqasının qrup mərhələsini geridə qoyduq. İkinci yerlə tamamladıq və pley-off mərhələsinə çıxdıq. İşlər qaydasındadır. Çempionatda da liderik. Kubok oyunumuz da var. Bunlar bir yana, dəfələrlə demişəm ki, hər il belə dəyər veriləndə daha da həvəslənirəm, daha da məsuliyyətli oluram. İşim daha da qələzləşir. Hər bir insanın prinsipi var. İdmançıda prinsipin olması daha vacibdir ki, o adı qoruyub-saxalasın. Heç vaxt istəmərəm ki, özüm haqqımnda və ya hansısa idmançı haqda zəif fikir formalaşsın. Məsuliyyətim daha da artır. Çox istəyərdim ki, uğurlarımız daha da çox və böyük olsun. Həmişə bu uğurları kiçik saymışam. Çünki biz əgər futboldan, Azərbaycan futbolundan danışırıqsa, mütləq Avropa ilə müqayisə etməliyik. Bu gün kiçik uğurumuz görün xalqımızı necə sevindirir. Hansı ki, komanda pley-off mərhələsinə çıxıb, nə qədər sevinc var. Əfsuslar olsun ki, bunu daha da çox edə bilmirik. Futbolumuzu daha da düzgün və yaxşı inkişaf etdirə bilmirik. Elə içi mən qarışıq. Avropada futbol çox sürətlə inkişaf edir. Sadəcə nəticəyə baxılmır. Başqa Avropa klublarının iş prinsipləri, strukturları və gələcək planları ilə çox maraqlanıram. Çox böyük işlər görülür. Amma biz bu uğura tamamdır desək, qarşıda bizi yaxşı heç nə gözləmir. Əgər biz bu sahədə çalışırıqsa, istəyərdim ki, cəm halında futbola daha çox diqqət ayrılsın və yaxşı futbolçularımız, məşqçilərimiz, funksionerlərimiz yetişsin. Əgər bu sahə bizə həvalə olunursa, çox məsuliyyətli olmalıyıq. Azərbaycan vətəndaşı olaraq vicdanla çalışmalıyıq. Sizlərin bu dəyəri görəndə, iannın ki, həm seviniriəm, həm daha məsuliyyətli, daha güclü oluram. Gələcək üçün daha güclü olmağıl istəyirəm. Bugünkü tədbir 13 rəqəmin üzərində quruldu. Bəli, bu rəqəmə bir az marağım var. Amma bu rəqəmi böyütmürəm, şişirtmirəm. Çox istəyərdim ki, gələcəkdə “Qarabağ” olaraq stabil qalaq, minimumu bu uğuru qoruyub-saxlayaq. Qarşıda pley-off matçı olacaq. Bu oyuna hazırlaşmalıyıq. Çox ciddi rəqib düşüb. Ən yaxşısı, doğrusunu etməyə çalışacağıq. Hər birinizə təşəkkür edirəm. Kim bizə güvənir, inanır, hər birinizə təşəkkür edirəm. Hansı uğuru əldə edəcəyimizə söz verməyi xoşlamıram. Amma sizlər və azarkeşlər üçün hər zaman məsuliyyətlə çalışırıq. Ancaq uğursuzluq olsa, bilin ki, tənbəllik olmalyıb. Sizləri çox sevirəm, uğurlar arzulayıram”.
51 yaşlı məşqçi 2009-cu ildən bu yana keçirilən sorğuda hər il qalib gəlib.
Akif Əhmədov
Bizi Facebook-da izləyin