“İndi özümü daha yaxşı hiss edirəm” – Yeni transfer

PSJ-dən icarəyə götürülən “Yuventus”un hücumçusu Randal Kolo-Muani Turin klubuna keçidini şərh edib.

Komanda.az “Canal+”-ə istinadən xəbər verir ki, fransalı futbolçu indi özünü yaxşı hiss etdiyini deyib:

“Mənə oyun vaxtı lazım idi. Hər bir futbolçu kimi mən də meydana çıxmaq istəyirdim. İndi özümü daha yaxşı hiss edirəm”.

Turin klubu Kolo-Muanini cari mövsümün sonuna qədər icarəyə götürüb. 26 yaşlı forvard dünən keçirilən matçda fərqlənə bilməsə də, bu, onun komandasının UEFA Çempionlar Liqasında PSV-ni məğlub etməsinə mane olmayıb (2:1). O, Tiaqo Mottanın komandasında 4 oyunda 5 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button